Daha 588 nəfər koronavirusa yoluxdu - 7 nəfər öldü
Ölçü:


Azərbaycanda  588 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 346  nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Koordinat.az-a verilən məlumatda bildirilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  7 nəfər vəfat edib.
01.07.2020 19:35:00
Oxuma sayı: 35