İcazə almadan avtomobil sürənləri videokameralar müəyyən edəcək
Ölçü:


İcazəsi olmayan nəqliyyat vasitələri videomüşahidə kameraları ilə müəyyən ediləcək. Nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması videomüşahidə kameraları ilə müəyyən ediləcək.

Koordinat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq.

Qeyd edək ki, Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları iyul ayının 2-dən ləğv ediləcək.
01.07.2020 18:23:00
Oxuma sayı: 36