Yeni qeydiyyata alınan partiyaların sədrləri Prezidentinin Administrasiyasın çağrıldı
Ölçü:


Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iyulun 1-də qeydiyyata alınan yeni partiya sədrləri ilə görüşüb.

Koordinat.az xəbər verir ki, Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz, Azərbaycan Milli Demokrat Partiyasının sədri və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) sədri Tural Abbaslı  ilə keçirilən görüşdə koronavirus pandemiyası dönəmində siyasi partiyaların fəaliyyəti ilə bağlı məsələ müzakirə olunub. Görüşdə, həmçinin, ölkədaxili siyasi münasibətlər, gerçək siyasi dialoq mühitinin yaradılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər hakimiyyət və siyasi müxalifət təmsilçiləri arasında görüşlərin davamlı olmasının vacibliyini bildiriblər.

Qeyd edək ki, bir neçə gün öncə Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) nazirliyə təqdim olunmuş təsis və digər sənədlərinə edilmiş dəyişikliklərin qanunvericiliyə uyğunluğu öyrənilib və qeydiyyata alınıb.

Bununla bağlı partiyalara dövlət reyestrindən çıxarışlar verilib.
01.07.2020 17:45:00
Oxuma sayı: 42