Putin referendumda səs verdi
Ölçü:


Rusiya prezidenti Vladimir Putin Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumda səs verib. 

Koordinat.az-ın məlumatına görə, o, səsini Moskvanın Lenin prospektində yerləşən Rusiya Elmlər Akademiyasının binasında verib. Burada yaradılmış 2151 nömərli seçki məntəqəsi Putin tərəfindən prezident və parlament seçkilərində də ənənəvi səsvermə yeri hesab olunur.

İyulun 1-i Rusiyada Konstitusiyaya dəyişikliklərlə bağlı səsvermə üçün keçirilən sonuncu gündür. Əksər ekspertlər referendumun məqsədinin 2036-cı ilə qədər Putinin hakimiyyətdə qalmasını təmin etmək olduğunu bildirir.
01.07.2020 11:15:00
Oxuma sayı: 53