Koronavirus barədə hələ 7 il əvvəl xəbər yayılmışdı
Ölçü:


Sosial şəbəkələrdə fəaliyyətini dayandıran ANS televiziyasının hələ 7 il öncə koronavirusla bağlı yaydığı məlumat paylaşılıb.

Koordinat.az xəbər verir ki, 7 il öncə yayılan xəbərdə səslənən fikirlərin bütünlüklə COVİD-19-a da aid olması diqqət çəkib. Belə ki, bu virusun yayılması, fəsadları, insan orqanizminə təsiri, 60 yaşdan yuxarı olan insanlar üçün daha təhlükəli olması eynidir.
Hətta “virusa yoluxmamaq üçün” sadə gigiyenik qaydalara əməl edilməsi tövsiyə olunur.

Qeyd edilir ki, “yeni növ koronavirus” (2013-dəki) 10 il əvvəlki SARS virusunun yeni növüdür.

Maraqlıdır, ən azı 7 ildir, SARS-ı nəzərə alsaq, 17 ildir bu virusun peyvəndi niyə tapılmır?
29.06.2020 18:10:00
Oxuma sayı: 85