Beyləqanda qəzaya düşən maşın yandı
Ölçü:



Bu gün Beyləqanda "QAZ" markalı minik avtomobili maneəyə çırpılaraq yanıb.

Koordinat.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə avtomobilin yanar hissələri yanıb:

"Qəza zamanı avtomobilin sürücüsü və 3 nəfər sərnişini müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıblar. Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb". 
12.11.2017 14:17:00
Oxuma sayı: 1322