Putin dünyanın yenidən bölüşdürülməsini istəyir
Ölçü:


Rusiya prezidenti Vladimir Putin Qərbə dünyanı yenidən bölməyi təklif edir.

Koordinat.az xəbər verir ki, bu sözləri rusiyalı yazar İqor Qreçkin deyib. Onun sözlərinə görə, Putin 80 il əvvələ getməyi və dünya xəritəsini təsir sferalarına uyğun  çəkməyi təklif edir: "Bu mümkün deyil. Ona görə ki, bu dövr ərzində dünya ciddi şəkildə dəyişib. Mərkəzi və Şərqi Avropa ölkələri öz suverenliklərini qaytarıb, NATO ilə Avropa Birliyinin tamhüquqlu üzvü olublar. Onların kürəyi ardından nə Fransa, nə ABŞ, nə də Britaniya Putinlə razılığa gedəcək. Almaniya və Yaponiya olmadan heç bir qlobal razılaşmanın mənası olmayacaq".

Qreçkin deyib ki, son onillliklər ərzində Rusiyanın özü də dəyişib: "Ümumi bərabərlik ideyasına inanan fanatik kommunistlər yerinə qlobal iqtisadi məkana daha çox inteqrasiya edən elita yaranıb. Qərbdə bunu başa düşürlər, ona görə də nüvə silahı ilə təhdid Qərb elitasında Putin üçün lazımlı təəssürat yaratmayacaq”.
29.06.2020 13:51:00
Oxuma sayı: 37