Lukaşenkodan şok bəyanat: "Koronavirus ABŞ və Çinin qurduğu oyunudur"
Ölçü:


Belarus Prezidenti Aleksandr Lukaşenko COVİD-19 pandemiyasının süni xarakterli olduğunu istisna etmir.

Koordinat.az xəbər verir ki, o, bu barədə Minskdə vətəndaşlar qarşısında çıxışında bildirib: “Vaxtilə bir sual vermişdim. İki ay əvvəl bunu soruşdum, yenə də soruşuram: bu pandemiya insan tərəfindən hazırlanmış hadisədir? Bilmirəm. Bu barədə düşünün”.

Lukaşenko ABŞ və Çin arasındakı geosiyasi və iqtisadi rəqabətə də diqqət çəkib: “Çin və Amerikanın dünyanı yenidən bölüşdürə bilməsi üçün xüsusi və peşəkarlıqla hazırlanmış oyun deyildimi? Ya da başqa ölkələri özünüzə tabe etmək üçün? Əsas iqtisadiyyatdır. Mövcud olanları bölməyə başladılar”.
29.06.2020 16:52:00
Oxuma sayı: 57