Daha 534 nəfər koronavirusa yoluxdu - 5 nəfər vəfat etdi
Ölçü:


Azərbaycanda 534 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 304 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Koordinat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 16424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9026 nəfər müalicə olunaraq sağalıb, 198 nəfər vəfat edib. 7200 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7106 test aparılıb.

Ümumilikdə icra olunan testlərin sayı isə 468967 olub.
28.06.2020 17:41:00
Oxuma sayı: 109