5G mobil şəbəkələri virus yaymır
Ölçü:


COVID-19 virusunun 5G mobil şəbəkələri vasitəsilə yayılması barədə deyilənlər həqiqəti əks etdirmir. 

Ümumdüya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyindən Koordinat.az-a verilən məlumata görə, koronavirus radiodalğalar, mobil şəbəkələr vasitəsi ilə yayıla bilmir. Halbuki COVİD-19 5G mobil şəbəkələrinə malik olmayan ölkələrdə də var.

ÜST-nin Azərbaycan nümayəndəliyi nəzərə çatdırır ki, COVİD-19 virusu infeksiyaya yoluxmuş insanın öskürməsi, asqırması və ya danışması nəticəsində xaric olunan tənəffüs damcıları vasitəsi ilə yayılır: “Həmçinin virusla çirklənmiş səthlərə, sonra isə gözlərinizə, ağzınıza və ya burnunuza toxunduqda bu virusa yoluxa bilərsiniz”.  
28.06.2020 14:10:00
Oxuma sayı: 82