İstanbula və Bakıya bilet satışı cəmi yarım saat çəkib
Ölçü:


Türk Hava Yollarının (THY) Bakı-İstanbul Bakı istiqaməti üzrə yeni açdığı reyslərinə biletlər çox qısa müddətdə satılıb qurtarıb.

Koordinat.az xəbər verir ki, bu barədə Fed.az-a THY-nin Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas bildirib. Onun sözlərinə görə, bütün biletlərin satışı üçün yarım saat kifayət edib.

Xatırladaq ki, Türk Hava Yolları 1 iyul tarixindən Bakı-İstanbul-Bakı istiqamətində həftənin çərşənbə və cümə günlərində uçuşlara başlayır. Biletlər 27.06.2020 tarihində Bakı vaxtı ilə saat 10:00-dan www.turkishairlines.com saytından satışa açılıb. Biletin qiyməti ekonom sinfi üçün bir tərəfə vergilər daxil tək qiymət olaraq 220 dollardır (yəni yerlər azaldıqca qiymət artmırdı). Business sinfində qiymət bir tərəfə vergilər daxil 920 dollardan başlayıb.

Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən keçmək tələb olunur.
28.06.2020 10:42:00
Oxuma sayı: 72