Vamiq Nəsirov da “Xəzər” TV-dən getdi
Ölçü:


“Bu gün 13 ildir ki, işlədiyim “Xəzər” TV-dən ayrılıram”.

Koordinat.az xəbər verir ki, bu fikirləri “Xəzər” TV-nin əsas xəbər aparıcısı və “Xəzər Aktual”  verlişinin aparıcısa Vamiq Nəsirov deyib: “Düz 13 il. Yaşadığım ömrün üçdə biri . “Xəzər” TV mənim evimdir. Əminəm ki, bundan sonra da belə olacaq. İndiyə qədər əgər nə isə əldə etmişəmsə bunda “Xəzər” TV-nin və onun kollektivinin böyük rolu var - rəhbər şəxlsərindən tutmuş sıravi işçilərinə qədər. İnqliab Məmmədov başda olmaqla xəbərlər departamentinin kollektivinə isə xüsusilə minnətdaram. Belə bir peşəkar komandanın üzvü olduğum üçün özümü şanslı hesab edirəm.
“Xəzər” TV yaradılanda bura necə həvəslə gəldiyimi xatırlayıram. Bu gün isə buradan gülər üzlə və alın açıqlığı ilə ayrılıram”.

V.Nəsirov bildirib ki, şirtkətin rəhəbri Murad Dadaşovla görüşdə dediyi sözlər onu çox qürurlandırdı: “Sənə uğurlar arzulayıram. Amma nə vaxtsa televiziya üçün darıxsan, bil ki, burada sənin masan da, vəzifən də həmişə var”.

Əgər kimsə işdən ayrılacaqsa ona məhz belə ayrılıq arzulayıram. Bir daha “Xəzər” ailəsinə – doğma ailəmə təşəkkür edirəm”.
27.06.2020 18:11:00
Oxuma sayı: 86