Magistraturaya qəbul üçün 1094 yer boş qalıb
Ölçü:


2020/2021-ci tədris ili üçün keçirilən magistraturaya qəbul imtahanlarında iştirak etmiş 11380 bakalavrdan 8324 (Azərbaycan bölməsi üzrə 7635, rus bölməsi üzrə 689) nəfər respublika ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunub.

Koordinat.az xəbər verir ki, qəbul olunanlardan 3069 nəfəri dövlət sifarişi, 5255 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul planı 88.38 % dolub. 1094 plan yeri (11.62 %) boş qalıb.

Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bildirib ki, boş qalan plan yerlərinə əvvəlki illərdə olduğu kimi əlavə yerləşdirmə aparılacaq: “İndi qəbul olunanlar iyulun 6-dan 15-dək qeydiyyatdan keçəcəklər. Daha sonra isə boş qalan plan yerləri üzrə yenidən ixtisaslaşma seçimi aparılacaq. Tarixləri elan edəcəyik”.
27.06.2020 16:53:00
Oxuma sayı: 393