Serj Sarkisyan hərbi vertolyotla Xankəndiyə gəldi - FOTO
Ölçü:


Ermənistan prezidenti Serj Sarkisyan növbəti dəfə Dağlıq Qarabağa səfər edib.

Koordinat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. Məlumata əsasən, Ermənistan prezidenti Azərbaycanın işğal edilmiş torpaqlarında separatçı rejimin bərqərar olmasının 26-cı ildönümünə həsr olunmuş bayram tədbirlərində iştirak edəcək.

Hərbi vertolyotla Xankəndiyə gələn Serj Sarkisyanı Xankəndi hava limanında qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri Bako Sahakyan qarşılayıb.
30.08.2017 21:47:00
Oxuma sayı: 238