İraqda hərbi vertolyot qəzaya uğradı
Ölçü:



İraqda "Mi-17" vertolyotu qəzaya uğrayıb.

Bu barədə "Iraqi News" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Vasit vilayətində baş verib. Belə ki, təlim uçuşunu həyata keçirən vertolyot Əl-Kut rayonunda, eyniadlı bazada qəzaya uğrayıb. Hadisə nəticəsində 7 hərbi qulluqçu həlak olub.

Qəzanın başvermə səbəbləri araşdırılır
12.11.2017 13:51:00
Oxuma sayı: 1110