Giriş-çıxış qaydalarını pozan 380 avtomobil geri qaytarıldı
Ölçü:


Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə dünən nəqliyyat vasitələri ilə hərəkətdə olan 852 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 167 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 2 nəfər olmaqla ümumilikdə 1021 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Koordinat.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, gün ərzində xüsusi karantin rejimi sərtləşdirilmiş inzibati ərazilərin sərhədlərində yerləşən karantin postlarında aparılan yoxlamalar zamanı 195 nəqliyyat vasitəsi rayon, 185-i isə paytaxt istiqamətinə olmaqla 380 avtomobil geri qaytarılıb.
25.06.2020 13:29:00
Oxuma sayı: 220