Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi
Ölçü:


Dövlət İmtahan Mərkəzi Koronavirus (DİM) Koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə Mərkəzin “Youtube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirib.

Koordinat.az xəbər verir ki, DİM bununla bağlı qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib. Bildirilib ki, portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, русскый язык, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə ümumilikdə 111 videomühazirə yerləşdirilib. Videomühazirələrin yerləşdirilməsi bundan sonra da davam edəcək.

Mühazirələr qəbul proqramlarını tam əhatə etməklə, təqdim olunmuş nəzəri materialların tətbiqinə dair test tapşırıqları ilə də təchiz edilib.
24.06.2020 11:10:00
Oxuma sayı: 7748