Bu gün 8712 şagird buraxılış imtahanı verəcək
Ölçü:


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.

DİM-dən Koordinat.az-a verilən məlumata görə, bugünkw imtahanlar 9 şəhər və rayonda keçirilir. İmtahanlarda 8712 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır. İmtahanlar saat 11:00-da başlanır. 

İmtahanların başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.  İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

İmtahanların təşkil edilməsi üçün 43 imtahan binası, 696 imtahan zalı, 43 ümumi imtahan rəhbəri, 112 imtahan rəhbəri, 904 nəzarətçi – müəllim, 86 buraxılış rejimi əməkdaşı, 43 bina nümayəndəsi ayrılıb.

24.06.2020 09:45:00
Oxuma sayı: 178