Azərbaycan Böyük Britaniyadan idxalı artırıb
Ölçü:


Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın Böyük Britaniya ilə apardığı ticarət mübadiləsinin həcmi 116,4 mln dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə azdır.

Koordinat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir. Hesablamalara görə, 2020-ci ilin ilk 5 ayında Azərbaycandan Böyük Britaniyaya ixracın həcmi 8,1 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 175,4 mln dollar və ya 22,6 dəfə azdır.

İdxalın həcmi isə 108,3 mln. dollara bərabər olub ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 10,2 mln. dollar və ya 10,4% artıb. Nəticədə hesabat dövründə 100,2 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə -185,6 mln. dollar fərq deməkdir. Ötən ilin eyni dövründə saldo müsbət idi və 85,4 mln. dollar təşkil etmişdi.
22.06.2020 16:20:00
Oxuma sayı: 4468