Mehman Әliyev həbs olundu
Ölçü:


"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev saxlanılıb.

Koordinat.az xəbər verir ki, bu barədə Mehman Əliyevin dostları "Facebook" da məlumat yayıblar. Jurnalistin Vergilər Nazirliyi İstintaq İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı deyilir.

Məlumata görə, Mehman Əliyev 231.1 (vergi ödənişindən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələr üzrə şübhəli bilinir. O, Vergilər Nazirliyinin İstintaq İdarəsindən Yasamal rayon polis idarəsinə aparılıb və hazırda oradadır. Ona dövlət vəkili təklif ediblər. Amma Əliyev imtina edib və vəkilinin Fuad Ağayev olduğunu bildirib.
24.08.2017 17:36:00
Oxuma sayı: 143