Azərbaycanın 12 milyard 208,5 milyon manat xarici borcu var
Ölçü:


Azərbaycanın xarici dövlət borcu açıqlanıb.

Maliyyə Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, 1 iyul 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7 milyard 172,6 milyon dollar (12 milyard 208,5 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 18,9% təşkil edib.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə institutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.
24.08.2017 19:09:00
Oxuma sayı: 193