Buraxılış və qəbul imtahanlarının vaxtı dəyişdirildi
Ölçü:


Buraxılış və qəbul imtahanlarının vaxtının dəyişdirilməsi müzakirə olunub. 2 həftəlik ciddi karantin müddətində imtahanların təxirə salınması nəzərdə tutulur.

Koordinat.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdyllayeva brifnqdə bildirib.  “Buraxılış və qəbul imtahanları ciddi karantin rejiminin tətbiq olunduğu müddətdə təxirə salınacaq və növbəti vaxta təyin ediləcək. Yalnız ola bilsin ki, Naxçıvan ərazisində bu imtahanların keçirilməsi nəzərdə tutulsun. Gələn həftə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən bununla bağlı açıqlama veriləcək”.

L.Abdullayeva deyib ki, Naxçıvanda imtahanların təxirə salınması nəzərdə tutulmur.
18.06.2020 19:32:00
Oxuma sayı: 225