Amerikalı həmsədrdən Qarabağ açıqlaması: "Bakının icazəsi olmadan..." sülh danışıqlarının detalları
Ölçü:


ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland Qarabağ ətrafında gedən danışıqların detalları ilə bölüşüb.

Koordinat.az
xəbər verir ki, “Amerikanın Səsi”nə müsahibəsi zamanı Hoqland Qarabağın çətin keçmişini nəzərə alaraq onun statusunun qarşılıqlı anlaşma əsasında həll olunmasının vacibliyindən danışıb. Onun sözlərinə görə Dağlıq Qarabağın daxili müstəqilliyi saxlanılmalıdır. Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayon isə işğaldan azad olunmalı və rəsmi Bakının icazəsi olmadan bu ərazilərdə məskunlaşma qadağan edilməlidir. Həmin rayonlarda Azərbaycanın suverenliyi bərpa olunmalıdır.

"Digər tərəfdən Dağlıq Qarabağı Ermənistana birləşdirən dəhliz olmalıdır. Lakin bu dəhliz bütün Laçın rayonunu əhatə etməməlidir. Münaqişənin uzunmüddətli həlli variantı bütün qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına dönməsini nəzərə almalıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli dünya birliyinin təminatı altında həyata keçirilməlidir".

 
24.08.2017 11:12:42
Oxuma sayı: 232