Neftə tələbat 2035-ci ilədək 15 faiz azalacaq
Ölçü:


DÜnya bazarında neftə tələbat 2035-ci ilədək 15 faiz azala bilər.

Koordinat.az
xəbər verir ki, bu barədə dünyanın ən böyük banklarından olan “JP Morgan” məlumat yayıb. “JP Morgan”a görə, elektromobillər çoxlu sayda maşın təmiri mərkəzi və neft istehsalçılarının zərər etməsinə səbəb olacaq. Elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələri 2025-ci ildə qlobal bazarın 35 faizinə yiyələnəcək. 2030-cu ilədək isə bu nisbətin 48 faizə çatması gözlənilir. Bank 2025-ci ildən sonrakı dövr bu sahəyə marağın artması nəticəsində qlobal neft tələbatının 2035-ci ilə qədər 15 faiz azalacağını proqnozlaşdırır.
23.08.2017 13:13:30
Oxuma sayı: 162