Həftəsonu sərt karantin rejimi tətbiq olunmaya bilər
Koronavirus pandemiyası ilə əlaqədar bu həftə sonunda sərt karantin tədbirlərinin tətbiq edilməsi ilə bağlı hələ qərar verilməyib.
Koordinat.az xəbər verir ki, bunu Trend-ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, bu barədə qərar olan kimi ictimaiyyətə açıqlama veriləcək.
Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı daha əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bu həftənin cümə və şənbə günlərində sərt karantin rejimi tətbiq oluna biləcəyini demişdi.
18.06.2020 11:18:00
Oxuma sayı: 202