AzTV-nin mətbuat katibi işdən çıxarıldı
Ölçü:


“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov işdən çıxıb.

Koordinat.az xəbər verir ki, bu barədə məlumatı M.Aslanovun özü məlumat yayıb: “Dostlar, mən artıq AzTV-dən ayrılmışam. Bu qədər. Qaldı ki, elin də, zamanın da gözü tərəzidir”,-deyə o, sosial şəbəkədəki qısa açıqlamasında bildirib.

Qeyd edək ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi 2019-cu il martın 1-dən fəaliyyət göstərir. M.Aslanov da həmin vaxtdan şöbə müdiri təyin olunmuşdu.
17.06.2020 13:27:00
Oxuma sayı: 129