Məhkəmə təsdiqlədi: Bu qidalar xərçəng yardır
Ölçü:


ABŞ-ın "Johnson and Johnson" şirkəti, istehsal etdiyi uşaq pudrasının xərçəngə səbəb olduğu iddiası ilə qaldırılmış məhkəmə işində 417 milyon dollar təzminat ödəməyə məhkum edilib.
 
Koordinat.az
"Marja"ya istinadən xəbər verir ki,  Los-Anceles Ali Məhkəməsi, şirkətin iddiaçı Eva Echeverria-ya 417 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb. Echeverria 1950-ci ildən 2016-ya qədər istifadə etdiyi pudranın yumurtalıq xərçənginə səbəb olduğunu bildirdikdən sonra cinayət işi açılmışdı. O, şirkətin pudranı qadınlar tərəfindən gigiyena məqsədli mütəmadi olaraq istifadə edilməsinin xərçəngə səbəb olacağının fərqində olduğunu bildirib. Buna baxmayaraq şirkət, qadınları, rütubətin və qoxunun qarşısını almaq üçün körpə pudrası istifadə etməyə təşviq edib.
 
Echeverrianın vəkilləri, məhkəmə qərarından məmnun olduqlarını bildiriblər. "Johnson and Johnson"dan verilən açıqlamada isə pudranın xərçəngə səbəb olduğuna federal orqanların hökm etdiyini qeyd edərək, "Qərardan şikayət edəcəyik, çünki bizim əsl sübutumuz "Johnson-s Baby" pudrasının etibarlı olduğunu dəstəkləyən elmdir".

"Johnson and Johnson" şirkəti haqqında eyni iddia ilə ABŞ-da bşlanmış  4 min 800 məhkəmə işi var. Keçən il Missuri ştatındakı məhkəmə şirkətin iddiaçılara 300 milyon dollar təzminat ödəməsinə qərar vermişdi.
 
22.08.2017 17:52:00
Oxuma sayı: 243