Doğum evində körpə ölümü
Ölçü:


Gəncədə doğuşdan sonra körpə ölümü baş verib.

Koordinat.az xəbər verir ki, Şəmkir rayon sakini, 1996-cı il təvəllüdlü Babayeva Aynur Rasim qızı avqustun 20-də Gəncədəki xəstəxanalardan birinin Doğum evində oğlan uşağı dünyaya gətirib. Uşaq ötən gecə xəstəxanada ölüb. Məlumata görə, bu, A. Babayevanın ilk övladı olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

22.08.2017 14:24:00
Oxuma sayı: 196