Talassemiyalı xəstələr üçün yenilik
Ölçü:


Talassemiyalı xəstələrdə bədənin dəmirlə yüklənmə dərəcəsini müəyyən etmək üçün diş ətindən biopsiya götürələcək.

Səhiyyə Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, mütəxəssislər talassemiyalı xəstələrdə bədənin dəmirlə yüklənmə dərəcəsini diş ətindən götürülmüş biopsiya ilə tədqiqin mümkünlüyünü müəyyən ediblər. Talassemiyalı xəstələrdə qan azlığı olduğundan onlara bəzən ilk yaşlarındən başlayaraq qan köçürülür. Nəticədə, onların bədənində ağır fəsadlara səbəb olan dəmir toplanması müşahidə oluna bilər.

Bədənin dəmirlə yüklənmə dərəcəsini müəyyən etmək üçün bütün dünyada əksərən qaraciyərdən, bəzən isə ürəkdən kiçik ölçülü tikələr (biopsiya üsulu ilə) götürülüb tədqiq olunur. Qaraciyərdən və ürəkdən tikələrin götürülməsi xeyli mürəkkəb proses olmaqla yanaşı, xəstələrin həyatı üçün də əlavə problemlər yarada bilir. Azərbaycan Tibb Universitetinin mütəxəssisləri artıq bunu daha problemsiz üsulla müəyənləşdirməyə nail olublar.
21.08.2017 16:43:47
Oxuma sayı: 183