Daxili uçuşlar yaxın günlərdə bərpa oluna bilər
Ölçü:


"Yaxın günlərdə daxili uçuşların bərpa edilməsi gündəmdədir".

Koordinat.az
-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. O, qeyd edib ki, bununla bağlı hava nəqliyyatını tənzimləyən metodiki göstərişlər hazırlanıb və təqdim olunub: "Daxili uçuşlarda gəliş və gedişlərdə laborator analizlərin keçirilməsi məsələləri də daxil edilib. Bəzi müzakirəsi tamamlanmayan məsələlər qalıb. Bunlara da tez bir zamanda aydınlıq gətiriləcək. Beynəlxalq uçuşlara gəldikcə xarici hava nəqliyyatı qurumları məlumatı veriblər. Ölkəmizdə bununla bağlı müzakirələr gedir və biz bu məsələni 1 iyula qədər gecikdirə bilərik”.

 

04.06.2020 19:28:38
Oxuma sayı: 31