Buraxılış imtahanlarına hazırlaşanların diqqətinə
Ölçü:

Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarının vaxtını dəyişdirib.

Koordinat.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və nəzarəti şöbəsinin müdiri Yaqut Qarayeva bildirib: “6 və 7 iyun tarixlərində nəzərə  tutulan buraxılış imtahanları 10, 11 iyun tarixlərinə keçirilib”.

O qeyd edib ki, imtahanların keçirilməsi zamanı riayət ediləcək təlimat hazırlanıb: "Qaydalarda abituriyentlərin davarnışları, imtahanların hansı şəraitdə keçirilməsi qeyd edilib. İmtahanlar zamanı valideynlər sosial məsafəni gözləməlidirlər. Şagirdər və valideynlərin koronavirusla bağlı test olunub-olunmayacağı barədə suallar verilir. Bu, nəzərdə tutulmayıb.  Xəstəlik əlamətləri olan,  xaricdən gələn insanlar test olunur. Abituriyenlər və valileynlərin test olunması nəzərdə tutulmayıb”.

Y.Qarayeva abituriyent valideynlərinə müraciət edərək, səbrli olmağı tövsiyə edib.

04.06.2020 17:49:00
Oxuma sayı: 31