Operativ qərargah: "Onlayn mətbuat işçiləri evdən işləsin!"
Ölçü:


Onlayn mətbuat nümayəndələrinin evdən çalışmaları tövsiyə edilir.

Koordinat.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, həftəsonları yalnız məhdud sayda televiziya və radio əməkdaşlarının fəaliyyətinə icazə verilir: "Verilişə çağırılacaq qonaqlar onlayn şəkildə verilişdə iştirak edə bilərlər".

Ramin Bayramlı deyib ki, Televiziya və radio qurumlarının bəzi əməkdaşlarının işçilərinin fəaliyyətinə icazə verilib: "Lakin  onlayn media qurumları fəaliyyətlərini evdən davam etdirə bilərlər".


04.06.2020 17:37:00
Oxuma sayı: 34