Pandemiyanın ikinci mərhələsindəyik
Ölçü:



"Hazırda biz başlanmış pandemiyanın ikinci mərhələsindəyik".

Koordinat.az
xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O deyib ki, yumşalmaya mərhələli şəkildə gedildi:

"Əldə edilmiş əks-epidemik nəaliyyətlər bizdə bu qərarları verməyə inam yaradırdı. Xüsusilə vətəndaşlarımızın Prezidentimizin "biz birlikdə güclüyük"çağırışına qoşulması bizdə buna inamı gücləndirdi".

R.Bayramlı qeyd edib ki, pandmeiyanın ikinci mərhələsinə normal həyatımıza birdən-birə dönəcəyimizi düşünməməliyik:

"Çünki virusun konkret vaksini yoxdur. Biz bu rejimdən tədricən çıxmalı və qaydalara əməl etməliyik".

03.06.2020 19:21:00
Oxuma sayı: 29