Karantin rejimi yenidən gücləndirilir
Ölçü:



Son günlər ölkəmizdə yoluxmanın dərəcəsinin artması müşahidə olunur.

Koordinat.az
xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində NK-nın mətbuat katibi İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, buna səbəb vərəndaşların karantin qaydalarına əməl etməmələridir:

"Əhali ticarət mərkəzlərində, ictumai nəqliyyatda və s. də qaydalara əməl etmirlər. Buna görə də karantin rejiminin yumşaldılması deyil, məhdudlaşdırma tədbirləri müzakirə olunur.

Cümə günü axşamdan bazar ertəsi səhərədək tam qapadılma, ictimai nəqliyyatın, fərdi maşınların hərəkəti dayandırılsın, mağazalar qapadılsın. Bununla bağlı Baş Nazir Əli Əsədovun qərarı olacaq".

03.06.2020 19:07:00
Oxuma sayı: 37