Vahid Əhmədov: "Prezidentə deyin ki..."
Ölçü:


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bəzi maraqlı məqamlara toxunub.

Koordinat.az xəbər verir ki, Vahid Əhmədov kənd təsərrüfatı sektorunun vacib problemlərindən olan suvarma məsələlərindən danışıb: "Milli Məclisin sədri Sahibə Qafarova iclasda deputatlara cari məsələlərin müzakirəsi zamanı söz verir. Bunun üçün sədrə təşəkkür edirəm. Bu bu gün deputatların bölgələrdə olan suvarma problemi ilə bağlı çıxışlarını da müsbət hal kimi qiymətləndirmək lazımdır. Ölkə başçısı bölgələrdə artezian quyularının qazılması ilə bağlı göstəriş verir. Ancaq bu, kənd təsərrüfatının inkişafına kömək etməyəcək. Bununla bağlı layihələr hazırlanmalıdır. Mən sizdən xahiş edirəm ki, bununla bağlı cənab prezidentə məruzə edəsiniz”.

02.06.2020 16:42:00
Oxuma sayı: 238