Nazir maliyyə vəziyyəti yaxşı olmayan qurumların siyahısını açıqladı
Ölçü:


"Ötən il bir sıra dövlət müəssisələri tərəfindən göstərilən xidmətlərin subsidiyalaşması həyata keçirilib".

Koordinat.az
-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib. O bildirib ki, "Bakı Metropoliteni", “Azəristiliktəchizat”, "Azərbaycan Hava Yolları", Nəqliyyat Rabiyə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "Azərpoçt"a maliyyə vəsaiti ayrılıb: “Bu qurumlara ilin sonunda da biz maliyyə yardımı etmişik. Bu qurumların maliyyə vəziyyəti ürəkaçan deyil”.

Nazirin sözlərinə görə, "Bakı Metropoliteni" QSC-yə gediş haqqı real istismar xərclərini ödəmədikdə dövlət tərəfindən dotasiya verilib. “Azəristiliktəchizat” ASC-də də müəyyən edilən tariflər onun real istismar xərclərini ödəmədikdə faktiki olaraq dövlət tərəfindən bu şirkət subsidiyalaşdırılır: “Ötən il də müəyyən maliyyə yardımı göstərilib. Cari ildə də “Azəristiliktəchizat” ASC-nin maliyyə vəziyyəti ürəkaçan deyil. Bunu da etiraf etmək lazımdır”.
02.06.2020 14:48:00
Oxuma sayı: 28