Baş nazir AQTA-ya koronavirusla bağlı vəsait ayırdı
Ölçü:


Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) vəsait ayırıb.

Koordinat.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun sərəncamı ilə Nazirlər Kabinetinin 2020-ci il 2 mart tarixli 80s nömrəli Sərəncamı ilə dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan ayrılmış vəsaitdən koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində zəruri tədbirlərin həyata keçirilməsi, tələb olunan diaqnostik dəstlərin, avadanlıqların və ləvazimatların, fərdi mühafizə vasitələrinin, laboratoriya materiallarının alınması məqsədilə AQTA-nın tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna 442 745,03 manat (dörd yüz qırx iki min yeddi yüz qırx beş manat üç qəpik) məbləğində vəsait ayrılıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir

02.06.2020 12:57:00
Oxuma sayı: 27