Doktor Rəşad Mahmudovdan daha bir humanist addım - FOTOLAR
Ölçü:


"1 İyun - sadəcə bu gün deyil, hər gün uşaqlara sevgi, qayğı, diqqət və sevinc bəxş etməliyik. Çünki onların hər biri fərqli bir çiçəkdir və hamısı birlikdə bu dünyanı gözəl bir bağ halına gətirir".

Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin səhiyyə komitəsinin rəhbəri Rəşad Mahmudov bildirib. O, qeyd edib ki, ölkəmizdə uşaqlara qayğı və onların problemlərinin həlli hər zaman diqqət mərkəzində olub və bu dövlətimizin əsas prioritetlərindən biridir: "Bu gün daha 4 uşaq Heydər Əliyev Fondunun və Dövlət Gömrük Komitəsinin dəstəyi ilə sağlam ürəyə qovuşdu. Komandamız adından bütün uşaqları ürəkdən təbrik edir, hər birinə sağlam və xoşbəxt gələcək arzulayırıq. Gözəl çöhrənizdən gülüş əksik olmasın, əziz balalar"
01.06.2020 19:57:00
Oxuma sayı: 72