Musa Pənahov Nazirlər Kabinetində şöbə müdiri oldu
Ölçü:


Nazirlər Kabinetində yeni təyinatlar olub.

Koordinat.az xəbər verir ki, bu barədə Modern.az-a Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. O, qeyd edib ki, Mehman Tağıyev Baş Nazirin köməkçisi təyin olunub.

Xalid Qasımlı Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri təyin edilib. X.Qasımlı bundan əvvəl həmin şöbədə müdirin müavini olub.

Eks-nazir müavini Musa Pənahov Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri, Niyazi Rəhimov isə Sosial məsələlər şöbəsinin müdiri təyin edilib.

 

01.06.2020 17:14:00
Oxuma sayı: 137