Putindən Paşinyana təbrik zəngi
Ölçü:


Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyana zəng edib.

Koordinat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Paşinyanı 45 yaş münasibətilə təbrik edən Putin ona tezliklə koronavirusdan qurtularaq, sağlamlığına qovuşmasını arzu edib.

Rusiya lideri Paşinyanı iyunun 24-də Moskvada keçiriləcək qələbə paradına da dəvət edib. Nikol Paşinyan dəvəti qəbul edib. 
01.06.2020 16:45:00
Oxuma sayı: 18