Siyavuş Novruzov: "Kimsə əhalidən dəstək almaq istəyirsə..."
Ölçü:

"Maska taxanlar cərimələnməyəcək. Burada söhbət cərimənin miqdarından getmir"

Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında YAP-çı deputat Siyavuş Novruzov deyib: “Söhbət ondan gedir ki, maska taxmayan cərimələnəcək. İnsanlar qanuna tabe olmalı və ona riayət etməlidir. Filankəsin imkanı var, filankəsin imkanı yoxdur. Bu gəlir vergisi, əmlak vergisi deyil ki, burada məbləğin çox, ya az olmasını müzakirə edək. İndi kimsə əhalidən dəstək almaq istəyirsə, xal qazanmaq istəyirsə, bu cür fikirlər səsləndirir. Ancaq bu cür fikirlərlə əhalinin evini yıxırıq. Məsələ çox sadədir. Maska taxan heç kəs cərimə olunmayacaq. Yəni məsələnin həlli 2 vur 2-dir. Maska tax, cərimə olunma. Biz özümüz üçün bunu hələ müəyyənləşdirə bilməmişik, insanlara nəsihət verməyə çalışırıq”.

01.06.2020 14:46:00
Oxuma sayı: 119