Xaçaturov Nəcməddin Sadıkovla nəyi və necə razılaşıb? - istintaq komissiyası araşdırır
Ölçü:

Ermənistanın Aprel müharibəsinin araşdırılması ilə bağlı yaradılmış istintaq komissiyasında bu gün keçmiş xarici işlər naziri Edvard Nalbəndyan dindiriləcək.

Koordinat.az
xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, dindirilmə video-bağlantı vasitəsilə olacaq. Nalbəndyanın iclasa hazırda yaşadığı Rusiyadan qatılacağı vurğulanıb.

Komissiya Nalbəndyandan Aprel müharibəsi zamanı Ermənistan Baş Qərargah rəisi olan Yuri Xaçaturovun Moskvada hansı sənədə imza atdığını öyrənməyə çalışacağı bildirilib.

Qeyd edək ki, Xaçaturovla Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqov arasında 2016-cı ilin 5 aprelində Moskvada görüş baş tutmuşdu. Tərəflər Azərbaycan və Ermənistan qoşunların təmas xəttində hərbi əməliyyatların dayandrılmasına dair razılıq əldə etmişdilər.
01.06.2020 13:32:00
Oxuma sayı: 81