Subbakalavrlar ali təhsil almaq üçün nə etməldir?
Ölçü:

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrlar üçün elektron ərizələrin qəbulu 2020-ci il iyunun 1-dən başlayıb və iyunun 15-dək davam edəcək. Ərizə qəbulu ödənişsizdir.

Koordinat.az
xəbər verir ki, təhsil eksperti Kamran Əsədov aubbakalavrların ali məktəblərə qəbul imtahanlarında iştirakı ilə bağlı bəzi mühüm məsələlərə aydınlıq gətirib. O, qeyd edib ki, keçən il kollecdən orta bal arayışı alan subbakalavrların bu ildə arayış almasına ehtiyac yoxdur. Həmin şəxslər 1-15 iyun tarixlərində elektron ərizəyə daxil olub ərizəni təsdiq etməlidirlər. Həmçinin əvvəlki illərdə şəxsi kabineti olan subbakalavrların yenidən şəxsi kabinet açmasına da ehtiyac yoxdur. Belə ki, qaydalara əsasən, şəxsi kabinet yanlız bir dəfə açılır.

Kamran Əsədov deyib ki, ilk dəfə subbakalavr kimi ərizə qəbulunda iştirak edən şəxslər birinci növbədə məzun olduğunuz kollecə yaxınlaşaraq orta bal arayışı almalı, diplom, diplom içliyi, şəxsiyyət vəsiqəsi və attestatı özü ilə götürməlidir. Daha sonra Dim.gov.az saytına daxil olub şəxsi kabinet açaraq subbakalavrın elektron ərizəsi bölməsindən (1-15 iyun tarixlərində aktiv olacaq) ərizənizi təsdiq etmək olar.

Ekspert hansı kollec məzunlarının subbakalavr kimi müsabiqədən kənar qəbul olmaq hüququna malik olmasına da aydınlıq gətirib. O, qeyd edib ki, diplomunda subbakalavr sözü olan şəxslər və kolleci bu il bitirənlər ali məktəblərə qəbul imtahanlarında müsabiqədənkənar iştirak edə bilər: "2019-cu ildə ixtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq, seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub. Hər kəs hələ ki, yalnız öz ixtisası ürə qəbul olmaq hüququna malikdir. Yeni ixtisas uyğunluğu siyahısı hələ ki, yoxdur. Olacaqsa, məlumat veriləcək".

Xatırladaq ki,  özəl və ya dövlət kollecinin məzunları olan şəxslər subbakalavr kimi istər dövlət, istər sə də özəl universitetdən ödənişli, ödənişsiz, varsa qiyabi, əyani ixtisaslardan ixtisasınıza uyğun olan hər birini seçə bilər.
01.06.2020 13:19:00
Oxuma sayı: 57