Deputatlar maska cərimələrinə etiraz edir
Ölçü:

“Cərimələr layihədə nəzərdə tutulandan ən azı 2 dəfə aşağı olmalıdır”.

Koordinat.az
xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib. O bildirib ki, burada aztəminatlı ailələr, pensiyaçılar var: “İndiyə qədər on minlərlə insan cərimələnib, bundan sonra da cərimələnəcək. Yaxşı olardı ki, bu cərimələr Koronavirusla Mübarizə Fonduna köçürülsün. Təkcə cərimələrin miqdarını artırmaqla problemi həll etmək mümkün deyil”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə deyib ki, layihədə nəzərdə tutulan 50 manat uyğun cərimə məbləği deyil. Onun sözlərinə görə, cərimənin məbləği 20-25 manata endirilməlidir: “Qanunu pozanlar çox vaxt elə pulu olmayan insanlar olur".
01.06.2020 13:07:00
Oxuma sayı: 27