“Virtual məktəb”də 1,5 milyon dərs keçilib
Ölçü:


“Ölkənin ən iri onlayn platforması olan “Virtual Məktəb”in istifadəçi sayı 1 milyonu ötüb”.

Koordinat.az
xəbər verir ki, bu sözləri Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib. O, qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Virtual Məktəb”in 1,000,000-cu istifadəçisi Kəlbəcər rayon 56 saylı tam orta məktəbin 2-ci sinif şagirdi Quluzadə Hikmətdir: “Bugünə kimi portalda 1,5 milyon dəfə dərs keçirilib, virtual siniflərdə 1,3 milyon dərs materialı paylaşılıb və şagirdlərə 100 mindən çox tapşırıq verilib. Bu hadisənin 01 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf etməyi də bir rəmzi məna daşıyır”.
01.06.2020 11:47:00
Oxuma sayı: 128