Ali məktəblərə qəbul imtahanlarının vaxtı yaxın vaxtlarda elan olunacaq
Ölçü:

“Hələlik ali məktəblərə və kolleclərə qəbul imtahanları elan olunmayıb. Çünki bu ayın 5-nə qədər sənəd qəbulu davam edəcək. Bu günə olan statistikaya görə 75 692 nəfər sənəd verib. Onlardan 12 853-ü əvvəlki illərin məzunlarıdır”.

Koordinat.az
xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib. O vurğulayıb ki, əvvəlki illərin məzunları ilə əlaqəli cədvəl tutulmayıb: “Ola bilsin, rəqəmlərdə müəyyən dəyişikliklər olsun”

01.06.2020 11:25:00
Oxuma sayı: 58