Bibiheybət yolu açılır
Ölçü:

“Növbəti həftə ərzində Bibiheybət yolu istifadəyə veriləcək”.

Koordinat.az
xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, artıq ərazidə istinad divarlarının tikintisi başa çatdırılıb: “Sabahdan etibarən yolda dolğu işlərinə başlanılır və ardınca asfaltlanma həyta keçirləcək”.

Anar Nəcəflinin deyib ki, 10 gün müddətinə ərazidə işlər tam yekunlaşacaq və yol növbəti həftə istifadəyə veriləcək.

Xatırladaq ki, ötən il ərazidə qeydə alınmış sürüşmə səbəbilə yol tamamilə bağlanıb. İşlər çərçivəsində sözügedən hissədə yararsız qrunt qazılaraq çıxarılıb, səth sularının kənarlaşdırılması üçün təmir-bərpa işləri aparılan ərazi boyu yeni dəmir-beton küvetlər inşa edilib.

Tərtib olunmuş qrafikə uyğun aparılan işlər birbaşa Dövlət agentliyinin rəhbərliyinin nəzarəti altındadır. Əraziyə lazımi sayda qüvvə cəlb olunub.

01.06.2020 11:50:00
Oxuma sayı: 29