Əhliman Əmiraslanov koronavirusun olduğuna inanmayanlara səsləndi
Ölçü:


"Biz TƏBİB-lə çox sıx təmasda çalışırıq, iki dinləmə keçirmişik”.

Koordinat.az
-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zaman parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. O bildirib ki, Azərbaycanda koronavirusa yoluxmaların sayının artması vətəndaşların məsuliyyətsizliyi ilə bağlıdır: “Bu gün qəbul ediləcək qərar yoluxmaların sayının azalmasına çox ciddi kömək edəcək. Koronavirusla mübarizədə ən təhlükəli meyl xəstəliyin olmasına inanmamaqdır. Həmkarım Razi Nurullayevin fikri ilə bu baxımdan razıyam. Bu gün tibb işçiləri arasında da virusa inanmayanlar var. Bu çox təhlükəli fikirdir. TƏBİB hər gün 5000 test həyata keçirir. Burada təkcə maskadan söhbət getmir. Biz maska taxsaq, yoluxmanın faizini xeyli aşağı salmış olarıq. Sosial məsafə məsələsi də çox ciddi məsələdir. Buna çox ciddi şəkildə əməl etməliyik. Eyni zamanda gigiyenamıza da fikir verməliyik”.

Millət vəkili Qüdrət Həsənquliyev isə bəzi deputatların qanun layihəsini tələm-tələsik səsə qoyulmasımı tələb etmələrinə etiraz edib: “Yorulanlar çıxıb gedə bilərlər. Bayaqdan zalda deputat həmkarlarımız təkidlə qanunun səsə qoyulmasımı tələb edirlər. Yorulan çıxıb gedə bilər. İmkan verin işləyənlər isə qalıb işləsin”.

31.05.2020 17:05:00
Oxuma sayı: 25