Ramil Səfərova dil uzadanlar... - Əlövsət Ağalarov yazır
Ölçü:

Əlövsət AĞALAROV,
keçmiş millət vəkili

Azərbaycanın ermənilər tərəfindən Ramil Səfərova görə beynəlxalq məhkəməyə verilməsi bütün Beynəlxalq hüquqa, İnsan haqlarına tüpürməkdir. Bu mənada, düşünürdük ki, bütün xalqımız iqtidarlı-müxalifətli buna qarşı birlikdə təpki göstərəcək və çox doğru addım atıb bir erməni zabitini cəhənnəmə vasil edən qeyrətli soydaşımızın müdafiəsinə qalxacaq. Təbii ki, əksəriyyət bu cür yanaşma tərzini seçib haqlı olaraq Ramilin və dövlətimizin müdafiəsinə qalxdı. Mən müstəqil düşüncəli fərd olaraq ilk gündən Ramilin müdafiəsində iştirak etmişəm, hadisə baş verən günün sabahı Ramilin Dərnəgüldə çətin yataqxana şəraitində yaşayan atasıgili ziyarət edib tərəfimdən hər cür kömək göstərməyi təklif etmişəm. Yataq xəstəsi olan nənəsinə ürək-dirək verib Ramilin azadlığa çıxacağına inandırmışam.

Tam əminliklə demişəm ki, Prezidentimiz və xalqımız Ramili tək qoymayacaq. Rəhmətlik elə sevindi ki! Məni buna əmin edən Prezidentimizin ilk gündən Ramili müdafiə edəcək münasibəti idi. Və sonda da dediyinin üstündə durub bütün diplomatik və digər etiketlərdən yararlanaraq, Ramili Vətənə gətizdirib dərhal da konstitusion hüququndan haqlı olaraq istifad edib onu əfv etdi. Buna nail olmaq çox da asan deyildi! Ermənilərin güclü lobbisi və havadarları hər addımda bu insani münasibətə qarşı çıxır və Macarıstanla Azərbaycanın arasını vurmağa cəhd edirdilər. Nə qədər xarici güclərə(indi aydın olur ki, hətta daxili güclər də varmış)qarşı dirəniş göstərmək lazım idi!

İndi bu məsələylə bağlı ermənilər fəallaşıb Azərbaycanı beynəlxalq məhkəməylə hədələyəndə daxilimizdən də bir neçə adamın Ramilə qarşı qərəzinin ortaya çıxdığını görəndə, artıq susmağın yersiz olduğunu düşünüb belə adamların yadına salmaq istəyirəm ki, bəyəm Muşda, Sarıqamışda, Vanda, Zəngəzurda, Xocalıda, Qaradağlıda, Ağdabanda, Kəlbəcərdə… mənfur düşmənlərimiz qadın-kişi, cavan-qoca, uşaq demədən gecələr sübhədək qətliama məruz qoyduqları soydaşlarımıza dəvətnamə göndərirdilər ki, hazır olun, gəlirik sizi qırmağa? Siz Ramil Səfərovun hansı psixoloji-mənəvi sarsıntı keçirdiyini bilirsinizmi? Məhz o anda yadına Xocalını, Kərkicahanı, Qaradağlını, Ağdabanı, Başlıbeli, doğulduğu Cəbrayılı və s. salıb-salmamağını ondan soruşmusunuzmu?

1915-ci ilin dekabr ayının 20-də Qafqaz Ordusunun Baş Qərargah rəisi general-mayor Volxovitinov rus çarına yazdığı Raportda deyirdi:" Erməni hərbi çeteləri türk xalqına qənim kəsilmişlər. Qoca, cavan, qadın, kişi, körpə demədən əllərinə fürsət düşən kimi hamısını süngüdən keçirirlər. Bir gün kəndləri erməni sılahlıları tərəfindən yandırılan on uşaq qaçıb meşədə gizlənmişdi. Bizim əsgərlərimiz onları tapıb qərargaha gətirmişdilər. Göstəriş verdim ki, onları yedizdirib meşədəki "ovçu evində" yerləşdirib sabah internat evlərinə təhvil versinlər. İki nəfər də qarovulçu qoşdum. Bundan xəbər tutan erməni silahlıları gecəykən hücum edib qarovulçuları öldürüb uşaqların hamısını süngüdən keçirmişdilər". İndi erməni dəyirmanına su tökən belələrinə təkcə bir faktı göstərdim. Xocavəndin Qaradağlı, Xocalı, Kəlbəcərin Ağdaban, Başlıbel və s dinc camaatın başına gətirilən qətliamları nə tez unutdunuz? 6 ildir ən ağır işgəncə altında erməni qəsbkarları tərəfindən Şuşa qalasında girov saxlanılan Dilqəm Əsgərovla Şahbaz Quliyevin günahı nəydi? Öz ata-baba yurdlarını, əzizlərinin qəbrini ziyarət etmək!

Bunlar niyə yaddan çıxır? Hanı "ədalət" deyib bağıran beynəlxalq təşkilatların ədaləti! İkili standartlardan çıxış edib hər zaman dövlətimizə, xalqımıza qarşı ədalətsiz mövqe tutanların "ədaləti" budurmu?! Hanı hər il saxlanılması üçün üzvlük haqqı ödədiyimiz Avropa Şurası, BMT? Hələ Azərbaycan ilk dəfə Avropa Şurasına meyllənib üzv olmaq üçün qərar qəbul edəndə Milli Məclisdəki çıxışımdan bircə cümləni xatırlatmağı özümə borc bildim:" Dağlıq Qarabağsız Azərbaycanın Avropanın heç bir təşkilatında yeri olmamalıdır, biz bü təşkilatlara bütv Azərbaycan kimi daxil olmalıyıq"! Hələ də bu məsələ öz aktuallığını qoruyub saxlayır! İndi Ramil Səfərovu tənqid, bəzən də ənazəni aşıb təhqir edənlər bircə sualıma cavab versinlər: siz Azərbaycan Prezidentindən çox bilirsinizmi, yaxud Ramil Səfərovla bağlı atdığı humanist və qətiyyətli addımınamı qarşı çıxırsınız. Çoxunuz onun yaxşılıqlarını görüb sayəsində karyera qazanmısınız…

Və sonda, Ramil Səfərov mənim nəzərimdə Qəhrəmandır!
31.05.2020 15:18:00
Oxuma sayı: 59