Milli Məclisdə Naxçıvana dəstək çağırışı
Ölçü:


“Naxçıvandan xeyli insan Türkiyəyə işləməyə gedir”.

Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ziyafət Əsgərov deyib. O bildirib ki, gələcəkdə Xarici İşlər Nazirliyi ilə məsləhətləşərək, bu məsələni sazişdə ayrıca qeyd etmək lazımdır: “Qars müqaviləsinə görə, Türkiyə Naxçıvan Muxtariyyətinin təminatçılarından biridir. Türkiyə Naxçıvan üçün ayrıca preferensiya verə bilər. Ulu öndər 1992-94-cü illərdə Naxçıvanda işləyəndə Qars müqaviləsi əsasında Naxçıvanda xeyli işlər gördü. Süleyman Dəmirələ bu məsələdə təkliflər vermişdi. Bu tarixi müqavilələr hələ də qüvvədədir. Bu müqavilələrdən istifadə etmək lazımdır”.
31.05.2020 14:16:00
Oxuma sayı: 19